|

HB Co LTD Azərbaycan Respublikasının tibb sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdən biridir. Şirkətin fəaliyyəti tibbin müxtəlif sahələrini əhatə edir: dərman preparatları, qida əlavələri və tibbi gigiyena məhsullarının respublikamıza idxalı və həmin məhsullar üzrə distribütorlug və marketing fəaliyyəti, tibbi ləvazimatların idxalı, topdan və pərakəndə satışı, səhiyyə xidməti üzrə şirkətin nəzdində yaradılmış“HB-klinik”də geniş profilli ambulator və stasionar tibb xidməti həyata kecirilir.
|
HB Co LTD öz müştərilərinə onların maksimum faydalana biləcəkləri yüksək səviyyədə tibb xidməti göstərmək, xəstəliklərin müalicə olunması və gələcəyimizin sağlam yetişdirilməsi üçün səylə calışmaq, bu məqsədi güdən digər həmkarlarımıza dəstək olmaq niyyəti ilə calışır. HB Co LTD öz partnyorları ilə ortaq maraqlar çərçivəsində uzunömürlü və gələcəyə yönəlmiş biznes planlayır. Işini keyfiyyət, təhlükəsizlik və effektivlik prinsipləri əsasında qurmuş HB Co LTD Azərbaycanda liderliyini əldə saxlamaqla xarici ölkələrdə öz mərkəzlərini yaratmaq və beynəlxalq aləmdə nüfuzunu artırmaq istiqamətində böyük biznes planlarını həyata keçirmək niyyətindədir.
|