
1.Yaranma tarixi
«HB Co LTD» Azərbaycan Respublikasında tibb sahəsində fəaliyyət göstərən aparıcı farmasevtik şirkətlərdən biridir. Şirkət 1997 ildən etibarən farmasevtika bazarında öz marketinq fəaliyyətinə başlamışdır. Şirkətin qısa müddətdə Azərbaycan Respublikasının bütün reqionlarında işini qurması, onun uğurlu fəaliyyətinin göstəricisidir.
"HB Marketinq", "HB Klinika", "HB Tibbi texnika" «HB Co LTD» -nin marketinq şöbəsi respublikanın bütün regionlarda çox sayda həkim və apteklərlə əməkdaşlıq edir. Fəaliyyətinin əsas sahəsi kardiologiya, endokrinologiya, nevrologiya,psixiatriya, qastroenterologiya, ginekologiya, pulmonologiya, pediatriya, anesteziologiya. Şirkət bu sahələrdə 200-dən artıq dərman preparatlarının marketinqi ilə məşquldur. «HB Co LTD» - nin tibbi texnikaların satış şöbəsi müasir tibbi cihazların və laborator avadanlıqların satışı ilə məşquldur. «HB Co LTD» şirkəti nəzdində dünya standartlara cavab verən, yüksək tibb personalı olan, müasir tibbi avadanlıqlar və laboratoriya ilə təhciz olunmuş HB klinika fəaliyyət göstərir.
2. Əməkdaşlıq sahələri
«HB Co LTD» şirkəti öz fəaliyyətini dünyanın bir çox aparıcı farmasevtika şirkətləri ilə sıx əməkdaşlıqla qurur. Bu günkü gündə şirkət İngiltərə, İtaliya, Türkiyə, Argentina, Hindistan, Pakistan və s. ölkələrin farmasevtika şirkətləri ilə sıx əməkdaşlıq edir. Bir sıra şirkətlərlə əməkdaşlıq hal-hazırda danışıqlar mərhələsindədir.
3. Nailiyyətləri
«HB Co LTD» şirkəti Azərbaycan Respublikasında aparıcı farmasevtik kompaniyalardan biridir. Şirkətin uğurlu və məqsədəyönlü fəaliyyəti respublikada bir çox mükafatlara layiq görülmüşdür. Marketinq sahəsində fəaliyyətinə görə 2003-cü ildə «Ən yaxşı marketinq şirkəti», 2004-ci ildə «Ən yaxşı menecment üzrə» Uğur mükafatına, 2006 –cı ildə isə «Səhiyyə sahəsində inkişafındakı xidmətlərə görə» Biznes Dünyası jurnalı tərəfindən mükafatına layiq görülmüşdür.
«HB Co LTD» şirkəti 2006-cı ilin nəticələrinə görə əczaçılıq şirkətləri içərisində «İlin kompaniyası» mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasimi təntənəli surətdə 19 noyabr 2006-cı ildə «Gülüstan» sarayında keçirilmişdir.
4. İctimai əlaqələr
«HB Co LTD» şirkəti bir çox tibbi problemlərin və yeniliklərin ictimayyətə çatdırılmasında özəl TV proqramlarla, bir çox jurnal və qazetlərdə mütamadi çıxışlar edir.
5. Gələcək planlar
«HB Co LTD» şirkəti yeni dərman preparatlarının, müasir tibbi cihazların və laborator avadanlıqların əldə olunmasında maraqlıdır. Şirkətin strategiyası oftalmologiya, LOR, onkologiya, praktologiya və bir çox sahələrdə yeni dərmanlar əldə etməkdir. Həmçinin bir çox firmalarla yeni əlaqələrin qurulması və inkişafında maraqlıdır.